İstanbulda metro keçidində “Qanlı Yanvar” adlı fotosərgi təşkil ediləcək

İstanbulda metro keçidində “Qanlı Yanvar” adlı fotosərgi təşkil ediləcək Türkiyənin İstanbul şəhərinin “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində “Qanlı Yanvar” adlı fotosərgi təşkil ediləcək.
Xarici siyasət
13 Yanvar , 2020 20:34

Türkiyənin İstanbul şəhərinin “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində “Qanlı Yanvar” adlı fotosərgi təşkil ediləcək.

Bu barədə "Report"un Türkiyə bürosuna Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib. 

Bildirilib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutacaq fotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidinə qoyulacaq. 

Eyni zamanda sərgidə 20 Yanvar faciəsini faktlarla əks etdirən məlumat lövhələri yerləşdiriləcək. 

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev "Report"un yerli bürosuna bildirib ki, sərginin bu metro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da tanıtdırmaqdır.

Sərginin açılışı yanvarın 15-də baş tutacaq və 17-nə qədər davam edəcək.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi