Yuxarı

İstanbulda İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib

İstanbulda İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib

Azərbaycanın Qüds məsələsi və Əl-Əqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar mövqeyi səsləndirilib

Bakı. 1 avqust. REPORT.AZ/ İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Şurasının fövqəladə iclası keçirilib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, qurumun sammitinin sədri statusunda Türkiyənin çağırışı və ev sahibliyi ilə baş tutan tədbirdə məqsəd Qüdsdəki Əl-Əqsa məscidi ətrafında cərəyan edən hadisələri müzakirə etmək olub. 

İclasda Azərbaycanı xüsusi tapşırıqlar üzrə səfir Şahin Abdullayev təmsil edib.

Ş.Abdullayev çıxışı zamanı Qüds məsələsi və Əl-Əqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini səsləndirib və tədbirin təşkilinə görə Türkiyəyə təşəkkür edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi