İstanbulda 28 May - Respublika günü qeyd olunub

İstanbulda 28 May - Respublika günü qeyd olunub Azərbaycanın 28 May - Respublika günü və Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi İstanbulda təntənəli şəkildə qeyd olunub.
Xarici siyasət
25 May , 2019 06:31
İstanbulda 28 May - Respublika günü qeyd olunub

Azərbaycanın 28 May - Respublika günü və Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi İstanbulda təntənəli şəkildə qeyd olunub.

"Report"un Türkiyə bürosunun məlumatına görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən təşkil olunan mərasimdə Baş konsul Məsim Hacıyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, siyasətçilər, elm adamları, ailimlər, ziyalılar, iş adamları, tələbələr və Türkiyədə təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Mərasimdə hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib. Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev çıxışında Şərqdə ilk demokratik dövlət dəyərlərini yaradan və var edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixçəsindən danışıb. Baş konsul sonrakı dövrlərdə də, elə o tarixləri yazan Azərbaycanın milli şəxsiyyətlərinin üz tutduqları ölkə məhz Türkiyə olub deyib. Məsim Hacıyev xalqımızın tarixin bütün dövrlərində apardığı döyüş və mübarizələr sayəsində bu gün dünyada söz sahibi halına gələn güclü bir ölkəyə çevrildiyini bildirib.

Baş konsul xalqımızın yeni tarixi şəraitdə qazandığı uğurlardan söz açıb, Türkiyə və Azərbaycan arasında hər gün daha da möhkəmlənən dostluq, qardaşlıq əlaqələrinin böyük töhfələr verdiyini deyib. Mərasimdə ölkəmizin keçdiyi müstəqillik yolundan bəhs edən sənədli film nümayiş etdirilib. Azərbaycan milli rəqsləri və milli musiqisi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi