Yuxarı

İstanbulda 20 Yanvar faciəsinin qurbanları anılıb

İstanbulda 20 Yanvar faciəsinin qurbanları anılıb
Həmin gecənin dəhşətləri sərgilərlə ictimaiyyətə çatdırılıb

İstanbul. 20 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində 20 Yanvar faciəsinin qurbanları yad edilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğu şəhərin qabaqcıl ali təhsil ocaqlarından olan Yeditəpə və İstanbul Aydın universitetlərində professorlar, tələbələr və ictimaiyyət nümayəndələrinin işirakı ilə tədbirlər keçirib.

Yedditepə Universitetində 27 il öncə sovet ordusunun Bakıda törətdiyi qətliam rəsmlərin dili ilə canlandırılıb. Universitetin azərbaycanlı professoru, rəssam Rafiq Əzizovun təşəbbüsü ilə açılan sərgidəki rəsm əsərləri Rəssamlar İttifaqının nəzdində 1988-ci ildə İncəsənət Universitetində təhsil alan və o illərdə qanlı 20 Yanvar gecəsinin canlı şahidi olan tələbələri tərəfindən çəkilib. Rəssam Rafiq Əzizov rəsmlər haqqında məlumat verib.

Universitetin tibb fakültəsinin dekan müavini Bayram Yılmaz çıxışında 20 yanvar gecəsi Azərbaycan xalqına edilən zülmün ictimaiyyətə, türk xalqı və gəncliyinə çatdırılması üçün sərginin olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Tədbirdə Yeditəpə Universitetində təhsil alan azərbaycanlı tələbələrin də çıxışları olub.

İstanbul Aydın Universitetidə də baş konsulluğun təşşəbbüsü ilə “Qanlı 20 Yanvar” adlı rəsm sərgisi açılıb. Sərgidə ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyev, Universitetin rektoru Pr.Dr.Yadigar İzmirli və tələbələri iştirak ediblər. Sərgi salonu gəzildikdən sonra 20 Yanvar faciəsindən bəhs edən məruzələr dinlənilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi