İsrailin baş nazirinin Azərbaycana səfəri başlayıb

İsrailin baş nazirinin Azərbaycana səfəri başlayıb Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar
Xarici siyasət
13 Dekabr , 2016 13:45
İsrailin baş nazirinin Azərbaycana səfəri başlayıb

Bakı 13 dekabr. REPORT.AZ/ İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycana işgüzar səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi