XİN rəsmisi: "İsraillə Azərbaycan arasında möhkəm əlaqələr mövcuddur"

XİN rəsmisi: "İsraillə Azərbaycan arasında möhkəm əlaqələr mövcuddur" "Biz İranın öhdəliklərini yerinə yetirəcəyinə skeptik yanaşırıq"
Xarici siyasət
19 Yanvar , 2016 18:58
XİN rəsmisi: İsraillə Azərbaycan arasında möhkəm əlaqələr mövcuddur

Bakı. 19 yanvar. REPORT.AZ/ "İsraillə Azərbaycan arasında möhkəm əlaqələr mövcuddur".

"Report"un verdiyi xəbərə görə, bu haqda jurnalistlərə açıqlamasında İsrail XİN-in Avrasiya Departamenti rəhbərinin müavini Zvi Rav-Ner deyib.

Onun sözlərinə görə, İranın üzərində sanksiyaların götürülməsinin İsrail-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayacaq.

"Bizim Azərbaycanla möhkəm əlaqələrimiz var. Biz İran kimi böyük dövlətin qonşusu olan sizin ölkənizin mövqeyini anlayırıq", - deyə Zvi Rav-Ner qeyd edib.

XİN-in rəsmisinin sözlərinə görə, İsrail İranın nüvə proqramına dair müqaviləyə tənqidi mövqedən yanaşıb: "Biz hələ də İranın öhdəliklərini yerinə yetirəcəyinə skeptik yanaşırıq. Buna inanmaq çətindir".

Zvi Rav-Nerin fikrincə, əsas odur ki, İranın hesablarının üzərinə qoyulmuş həbs götürüldükdən sonra vəsaitlər raketlərin işlənilməsinə deyil, iqtisadiyyatın bərpasına yönəldilsin. 

Son xəbərlər

Orphus sistemi