​İsrail səfirliyi: Biz Azərbaycanla münasibətləri dərinləşdirmək üçün yollar axtarırıq

​İsrail səfirliyi: Biz Azərbaycanla münasibətləri dərinləşdirmək üçün yollar axtarırıq "Mingəçevir və Afulanın qardaşlaşmış şəhərlər statusu haqqında sazişinin imzalanması Azərbaycan və İsrail arasında münasibətlərin göstəricisidir"
Xarici siyasət
9 İyul , 2015 17:07
​İsrail səfirliyi: Biz Azərbaycanla münasibətləri dərinləşdirmək üçün yollar axtarırıq

Bakı. 9 iyul. REPORT.AZ/ "Biz bundan sonra da Azərbaycan və İsrail arasında əlaqələrin inkişaf edərək dərinləşməsi üçün yollar axtarırıq".

Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfirinin müavini Ronen Kraus (Ronen Krausz) Azərbaycanın Mingəçevir və İsrailin Afula şəhərləri arasında imzalanan qardaşlaşma haqqında sazişi şərh edərkən deyib.

Onun sözlərinə görə, bu sazişinin imzalanması Azərbaycan və İsrail arasında münasibətlərin daha bir müsbət göstəricisidir.

R.Kraus bildirib ki, İsrail müxtəlif sahələrdə iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Son xəbərlər

Orphus sistemi