İsrail səfiri Şabranda "İlaxır çərşənbə"nin qeyd olunmasında iştirak edib

İsrail səfiri Şabranda "İlaxır çərşənbə"nin qeyd olunmasında iştirak edib Dan Stav Xızı və Şabran rayonlarını ziyarət edib
Xarici siyasət
15 Mart , 2017 11:49
İsrail səfiri Şabranda İlaxır çərşənbənin qeyd olunmasında iştirak edib

Bakı. 15 mart. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav Azərbaycanın şimal rayonlarına səfər çərçivəsində Xızı və Şabran rayonlarını ziyarət edib.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı diplomat Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov ilə görüşüb. İcra başçısı səfirə kənd təsərrüfatı və turizm sahəsindəki layihələr barədə məlumat verib.

D.Stav, həmçinin Yaşma qəsəbəsindəki külək elektrik stansiyasına baş çəkib.

Bundan əlavə, İsrail səfiri Şabran rayonuna səfər edib. Rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov ilə görüş zamanı İsrail şirkətləri tərəfindən rayona sərmayə qoyulması yolları müzakirə olunub.

D.Stav icra hakimi ilə görüşdən əlavə, rayonda fəaliyyət göstərən iri şirkətlərə baş çəkib.

İsrail səfiri, həmçinin yerli sakinlərlə bir yerdə "İlaxır çərşənbə"sini qeyd edib.

Son xəbərlər

Orphus sistemi