İsrail səfiri Mingəçevir və Yevlax şəhərlərində olub

İsrail səfiri Mingəçevir və Yevlax şəhərlərində olub Görüşlərdə kənd təsərrüfatı və sənaye əlaqələrinin genişlənməsi barədə müzakirələr aparıb
Xarici siyasət
17 Noyabr , 2016 19:18
İsrail səfiri Mingəçevir və Yevlax şəhərlərində olub

Bakı. 17 noyabr. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav Mingəçevir və Yevlax şəhərlərinə səfər edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, səfər zamanı səfir hər iki rayonun icra hakimiyyəti baçşıları Niyazi Bayramov və Qoca Səmədovla görüşüb.

Görüşlərdə kənd təsərrüfatı və sənaye əlaqələrinin genişlənməsi barədə müzakirələr aparıb. Səfir yerli ekspertlərin İsrail İnkişaf Agentliyinin Təl-Əvivdə təşkil etdiyi təlimlərdə iştirakının mümkünlüyü barədə məlumat verib.

İsrail diplomatı və onu müşaiyət edən nümayəndə heyəti Mingəçevirdə Gənclər Evi, Tarix Muzeyi, Azərbaycan İstilik Elektrik Stansiyası, Mingəçevir SES silsiləsinə və Yevlaxda “Lalə Tekstil” fabriki və pambıq sahələri, "Azərtoxum" şirkətinə baş çəkib, onların iş prinsipi ilə tanış olub. 

Son xəbərlər

Orphus sistemi