İsrail Prezidenti ölkəsindəki yanğınların söndürülməsində iştirak edən Azərbaycan FHN-in əməkdaşlarına təşəkkür edib - FOTO

İsrail Prezidenti ölkəsindəki yanğınların söndürülməsində iştirak edən Azərbaycan FHN-in əməkdaşlarına təşəkkür edib - FOTO Reuven Rivlin göstərdikləri şücaətə görə onlara təşəkkürünü bildirib
Xarici siyasət
27 Noyabr , 2016 23:35
İsrail Prezidenti ölkəsindəki yanğınların söndürülməsində iştirak edən Azərbaycan FHN-in əməkdaşlarına təşəkkür edib - FOTO

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir. 

"Report" FHN-in saytına istinadən xəbər verir ki, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkib.

Qeyd edək ki, bu gün İsrail Dövlətinin Prezidenti Reuven Rivlin İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, göstərdikləri şücaətə görə onlara təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi