Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" "Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar və cəmiyyətin bir hissəsi kimi yaşayırlar"
Xarici siyasət
4 May , 2017 18:48
Səfir: İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı. 4 may. REPORT.AZ/ "Azərbaycanla İsrail arasında əlaqələr əladır və mən bunu tam səmimi deyirəm".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Onun sözlərinə görə, iki ölkə və insanları arasında əlaqələrin intensifikasiyası mühümdür: "Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar və cəmiyyətin bir hissəsi kimi yaşayırlar".

Səfir Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, bütün siyasi münaqişələr sülh yolu ilə həllini tapmalıdır: "İsrail dövləti Azərbaycanın münaqişə ilə bağlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini də dəstəkləyirik". 

Son xəbərlər

Orphus sistemi