İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib Yerli vaxtla saat 12:00-da bütün İspaniya ərazisində bir dəqiqəlik sükut elan olunacaq
Xarici siyasət
18 Avqust , 2017 12:10
İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Bakı. 18 avqust. REPORT.AZ/ Barselonada törədilən terror aktı ilə əlaqədar İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə "Report"a İspaniyanın Bakıdakı səfirliyinən məlumat verilib. 

Səfirlikdən həmçinin bildirilib ki, yerli vaxtla saat 12:00-da bütün İspaniya ərazisində terror hücumu nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə bir dəqiqəlik sükut elan olunacaq.

Xatırladaq ki, avqustun 17-də Barselonanın mərkəzindəki piyada keçidli Rambla küçəsində naməlum sürücü idarə etdiyi avtomobili piyadaların üzərinə sürüb. Nəticədə 13 nəfər həlak olub, 119 nəfər yaralanıb. Polis 3 şübhəli şəxsi saxlayıb, amma sürücünün axtarışları hələlik davam etdirilir.

Oxşar terror aktı Kambrilsdə törədilib, 7 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi