Yuxarı
    Bağlamaq

    İraqda uşaq evində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirilib

    Hazırda onun qohumlarına verilməsi üçün lazım olan prosedurlar yerinə yetirilir

    Bakı. 13 oktyabr. REPORT.AZ/ İraqda gedən döyüşlərdə hər iki valideyni ölən və uşaq evində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirilib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, onu Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Bakıya gətirmək mümkün olub.  

    XİN rəsmisi deyib ki, hazırda Abdulla adlandırılan uşağın qohumlarına verilməsi üçün lazım olan prosedurlar yerinə yetirilir. 

    Onun sözlərinə görə, Azərbaycanın Bağdaddakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər azərbaycanlıların da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir: "Bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir",

    Qeyd edək ki, azərbaycanlı uşağın İraqdan Bakıya gətirilməsi barədə ilk xəbəri "virtualaz.org" saytı yayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi