İranın Şərqi Azərbaycan vilayətinin valisi Naxçıvana səfər edəcək

İranın Şərqi Azərbaycan vilayətinin valisi Naxçıvana səfər edəcək Səfər zamanı bir sıra məsələlər müzakirə olunacaq
Xarici siyasət
15 Oktyabr , 2015 13:36
İranın Şərqi Azərbaycan vilayətinin valisi Naxçıvana səfər edəcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına (MR) səfər edəcək.

İranın Naxçıvan MR-dəki baş konsulluğundan "Report"a verilən məlumata görə, səfər oktyabrın 19-da başlayacaq.

Səfər zamanı İ.Cabbarzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək. Görüş zamanı ikitərəfli məsələlər, V.Talıbovun Təbrizə səfəri zamanı aparılmış danışıqların nəticələri müzakirə olunacaq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

İ.Cabbarzadə Naxçıvandan sonra Bakya səfər edəcək və bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, V.Talıbov Təbrizə bu il iyunun 9-da səfər edib.

Son xəbərlər

Orphus sistemi