İranın Şərqi Azərbaycan vilayətinin valisi Naxçıvana səfər edib

İranın Şərqi Azərbaycan vilayətinin valisi Naxçıvana səfər edib İsmayil Cabbarzadə Vasif Talıbovla görüşüb
Xarici siyasət
20 Oktyabr , 2015 16:07
İranın Şərqi Azərbaycan vilayətinin valisi Naxçıvana səfər edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.

İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, görüşdə İ.Cabbarzadə V.Talıbovun bu ilin iyun ayında Təbrizə səfəri zamanı aparılan müzakirələrin davam etdirilməsi və fikir mübadiləsi aparmaq üçün Naxçıvana gəldiyini deyib. 

Şərqi Azərbaycan valisi həmçinin iqtisadi və ticari əlaqələrin inkişafına, Naxçıvanın tranzit imkanlarından yararlanmaqla məhsulların, o cümlədən kənd təsərrüfatı məhsullarının üçüncü ölkələrə ixracatına dair fikirlərini bildirib. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq üçün heç bir məhdudiyyət yoxdur və hər iki tərəf bütün sahələrdə əməkdalıq edə bilərlər. Müştərək işləməklə ixracatı artırmaq məhz fəaliyyət sahələrindən biridir.

Ali Məclisin sədri Vasif Talıbov öz növbəsində əməkdaşlığın gedişatından razılıq edib, İranın ətraf bölgələri, o cümlədən Şərqi və Qərbi Azərbaycan vilayətlərilə nəqliyyat, ixracat, idxal və dərman sahələrində əməkdaşlığa marağını bildirib.

Daha sonra İ.Cabbarzadə Təbriz Ticarət Palatasının rəhbərilə birlikdə Naxçıvan Biznes Mərkəzi ilə də tanış olub. Muxtar Respublikanın iqtisadiyyat və sənaye naziri Famil Seyidovla Biznes Mərkəzində görüşən vali ikitərəfli iqtisadi və ticari əlaqələrin inkiaf etdirilməsinə dair müzakirələr aparıb.

Bundan başqa, İ.Cabbarzadə Təbriz Tibb Elmləri Universitetinin rektorunun müşayiətilə Naxçıvan Dövlət Universitetini ziyarət edib.

Naxçıvana səfərin sonunda Şərqi Azərbaycan vilayətinin valisi Bakıya gəlib.   

Son xəbərlər

Orphus sistemi