İranın sənaye, mədən və ticarət nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

İranın sənaye, mədən və ticarət nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin Azərbaycana səfərinin proqramı açıqlanıb.
Xarici siyasət
17 Aprel , 2019 16:16
İranın sənaye, mədən və ticarət nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin Azərbaycana səfərinin proqramı açıqlanıb.

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı iranlı nazir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, eləcə də biznes nümayəndələri ilə görüşəcək.

Bundan əlavə, o, Hacıqabul sənaye məhəlləsində Azərbaycan və İranın avtobusqayırma və yedək hissələrinin birgə istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edəcək.

Səfər zamanı Azərbaycanda İran Ticarət Mərkəzinin açılışı baş tutacaq, həmçinin ikitərəfli iqtisadi və enerji layihələri, Şimal-Cənub Dəhlizi, Rəşt-Astara dəmiryol layihəsi, sərgi əməkdaşlığı, əməkdaşlıq memorandumlarının imzalanması haqqında müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi