İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycana gəlib

İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycana gəlib Mahmud Vaezi Bakıda İran prezidentinin qarşıdakı səfərinin detallarını müzakirə edəcək
Xarici siyasət
1 Avqust , 2016 12:47
İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycana gəlib

Bakı. 1 avqust. REPORT.AZ/ İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezi Azərbaycana gəlib.

"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında onu Azərbaycan rəsmiləri, eləcə də İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıb.

Səfər zamanı M.Vaezi ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı İran prezidenti Həsən Ruhaninin avqustun 8-də Bakıya səfərinin detalları müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi