İranın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

İranın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq İranın Azərbaycandakı səfirliyində İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar xatirə kitabı açılacaq.
Xarici siyasət
7 Yanvar , 2020 10:22
İranın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

İranın Azərbaycandakı səfirliyində İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar xatirə kitabı açılacaq.

Səfirlikdən “Report”a verilən məlumata görə, xatirə kitabı yanvarın 8-də saat 10:00-dan 13:00-a və 15:00-dan 17:00-a qədər açıq olacaq.

Xatırladaq ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Yanvarın 6-da onunla və və digər hərbçilərlə vida mərasimi keçirilib. Q.Süleymani yanvarın 7-də doğulduğu Kerman şəhərində dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi