Bakı. 15 mart. REPORT.AZ / "İran regionun güclü gələcəyinə inanır. Ölkələrimizi tarixi və mədəni əlaqələr birləşdirir".
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Türkiyə, İran, Gürcüstan XİN başçılarının ilk dördtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, energetika, tranzit, turizm və texnologiyalar sahəsində əməkdaşlıq bütün regionun inkişafına təkan verəcək.
O, birgə regional nəqliyyat layihələrinin vacibliyini vurğulayıb: "Rəşt-Astara dəmir yolu Qara dəniz ilə Fars körfəzini bağlaya bilər. Bundan başqa, bizim nəqliyyat layihələri Hindistandan Qara dəniz vasitəsilə Qərbə tədarükü sürətləndirməyə imkan verəcək".