İran XİN başçısının Azərbaycana səfər proqramı açıqlanıb

İran XİN başçısının Azərbaycana səfər proqramı açıqlanıb Məhəmməd Cavad Zərif dekabrın 19-da Bakıya gələcək
Xarici siyasət
18 Dekabr , 2017 11:26
İran XİN başçısının Azərbaycana səfər proqramı açıqlanıb
AFP 2017/ Atta Kenare

Bakı. 18 dekabr. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 19-da Azərbaycana gələcək.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

M.C.Zərifin Azərbaycana səfərinin əsas məqsədi dekabrın 20-də Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.

İranlı nazirin Bakıda bir sıra ikitərəfli görüşlər keçiriləcəyi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi