Yuxarı

İran səfiri: "Azərbaycanda seçkilər hər zaman böyük maraqla izlənilir"

İran səfiri: "Azərbaycanda seçkilər hər zaman böyük maraqla izlənilir"
Məzahir Pənahov İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb

Bakı. 8 fevral. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 8-də İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Bu barədə "Report"a MSK-nın Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

M.Pənahov MSK-da keçirilən görüşdən məmnunluğunu ifadə edib.

Səfir Cavad Cahangirzadə iki ölkə arasında sıx əlaqələrin olduğunu və günbəgün inkişaf etdiyini bildirib. O, Azərbaycanda seçkilərin hər zaman böyük maraqla izlənildiyini qeyd edərək ölkəmizin seçki sistemi, seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatdırılması istiqamətində görülmüş işlər və bu il keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqlarla maraqlanıb.

İranlı diplomatın suallarını cavablandıran sədr Məzahir Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq və xarici qurumlarla əməkdaşlığa həmişə açıqdır və bu münasibətlər əldə olunan nailiyyətlərdə və qazanılmış yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir. MSK sədri həmçinin seçkilərin yüksək səviyyədə təşkil olunub, azad və ədalətli keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin olduğunu vurğulayaraq ölkəmizin seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və prezident seçkiləri ilə bağlı vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün gerçəkləşdirilməsi nəzərdə tutulan irimiqyaslı layihələrdən ətraflı söhbət açıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi