İran səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

İran səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib "Novruz bu regionda yaşayan xalqlar tərəfindən min illərdir qeyd olunur"
Xarici siyasət
17 Mart , 2016 18:00
İran səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Bakı. 17 mart. REPORT.AZ/ İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Səfir "Report"a açıqlamasında Novruzun İran və Azərbaycanın ortaq mədəni irsi və ailə, dostlar və qohumların bir yerə toplaşdığı zaman olduğunu bildirib.

"Novruz bu regionda yaşayan xalqlar tərəfindən min illərdir qeyd olunur. Onun zəngin ənənələri, mərasimləri və təbiətlə harmoniyası var", - deyə M.Pakayin söyləyib.

Səfir Azərbaycan xalqına və hökumətinə uğurlar, rifah və yeni ilin Azərbaycan və İran arasında qardaşlıq əlaqələrini daha da gücləndirəcəyinə inam arzu edib.

Son xəbərlər

Orphus sistemi