İran İslam Respublikasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib

İran İslam Respublikasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib Həsən Ruhanini hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar
Xarici siyasət
7 Avqust , 2016 10:38
İran İslam Respublikasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 7 avqust. REPORT.AZ/ İran İslam Respublikasının Prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" AzərTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi