Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul edib.
Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşneh etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.
Elmar Məmmədyarov səfirə yeni diplomatik fəaliyyətində uğurlar arzu edib.
Səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşneh iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.