Yuxarı

İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb

İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 10-da başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya Kralının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İordaniya Kralı II Abdullahı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi