Yuxarı
    Bağlamaq

    İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

    Bakı. 29 may. REPORT.AZ/ İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

    "Zati-aliləri.

    Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

    Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi