İordaniya Kralı Azərbaycan Prezidentinə məktub yazıb

İordaniya Kralı Azərbaycan Prezidentinə məktub yazıb İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
30 May , 2019 15:30
İordaniya Kralı Azərbaycan Prezidentinə məktub yazıb

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi