Yuxarı

İnsan hüquqları üzrə ​Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb

İnsan hüquqları üzrə ​Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb
Məhkəmə Gəncədə rayon polis şöbəsinin keçmiş rəisi Natiq Əfəndiyevin işi üzrə qərarı açıqlayıb

Bakı. 18 dekabr. REPORT.AZ/ İnsan hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb. "Report" İHAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 18-də 2001-ci ildə ömürlük həbs cəzasına məhkum edilən 1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Natiq Əfəndiyevin işi ilə bağlı qərar açıqlanıb. 

Gəncədə rayon polis şöbəsinin keçmiş rəisi, qanunsuz silah saxlamaqda ittiham olunan N.Əfəndiyev ədalətsiz məhkəmə istintaqının aparılmasına dair şikayətlə Avropa Məhkəməsinə müraciət edib. 

İHAM 6 §§ 1 və 3 (D) maddələrinin pozulduğuna dair qərar verib (ədalətli məhkəmə istintaqı hüququ və şahidlərin dindirilməsi zamanı iştirak etmək hüququ) və mənəvi zərərə görə iddiaçıya 4500 avro təzminat ödənilməsi barədə hökm çıxarıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi