İndoneziya-Azərbaycan əməkdaşlıq qrupunun rəhbəri Bakıya səfər etməyi planlaşdırır

İndoneziya-Azərbaycan əməkdaşlıq qrupunun rəhbəri Bakıya səfər etməyi planlaşdırır Meutya Viada Hafid Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə tanış olmaq məqsədilə yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir
Xarici siyasət
20 Fevral , 2017 10:15
İndoneziya-Azərbaycan əməkdaşlıq qrupunun rəhbəri Bakıya səfər etməyi planlaşdırır

Bakı. 20 fevral. REPORT.AZ/ İndoneziya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək vermək məqsədilə Azərbaycanla dialoqu təşviq etmək niyyətindədir.

"Report" İndoneziya KİV-inə istinadən xəbər verir ki, bu barədə İndoneziya-Azərbaycan ikitərəfli əməkdaşlıq qrupunun rəhbəri, parlamentdə Nümayəndələr Palatasının üzvü Meutya Viada Hafid bildirib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə tanış olmaq məqsədilə yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir.

Xanım parlamentari İndoneziyanın Azərbaycanla dialoq və əməkdaşlığa töhfə vermək və bununla bu münaqişəsinin həlli məsələsində beynəlxalq arenada rəsmi Bakının mövqeyini gücləndirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi