Yuxarı
    Bağlamaq

    İlham Əliyev Tatarıstan rəhbərini 60 illik yubileyi münasibəti ilə təbrik edib

    Prezident R.Minnixanovun xalqlar arasındakı dostluğa verdiyi töhfələri qeyd edib

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan rəhbəri Rüstəm Minnixanovu yubileyi münasibəti ilə təbrik edib.

    "Report" xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

    "Hörmətli Rüstəm Nurqaliyeviç! Sizi əlamətdar gün – 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Sizin Azərbaycan və Tatarıstan xalqları arasında mövcud olan çoxşaxəli ənənəvi dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyin artırılması, inkişafı və saxlanmasına verdiyiniz şəxsi töhfələrinizi qeyd etmək istəyirəm. Əminəm ki, bu münasibətlərin hərtərəfli inkişafı və möhkəmlənməsi bundan sonra da Azərbaycan-Rusiya çoxplanlı qarşılıqlı fəaliyyətinin genişlənməsinə kömək olacaq.

    Cənab Rüstəm Nurqaliyeviç, bu əlamətdar gündə sizə möhkəm can sağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar arzu edirəm", – deyə Azərbaycan Prezidentinin təbrik teleqramında bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi