İlham Əliyev Nyu-Yorkda “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” tədbirində iştirak edib

İlham Əliyev Nyu-Yorkda “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” tədbirində iştirak edib Yüksək səviyyəli tədbirdə ABŞ Prezidenti Donald Tramp çıxış edib
Xarici siyasət
18 Sentyabr , 2017 21:35
İlham Əliyev Nyu-Yorkda “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” tədbirində iştirak edib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbir keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yüksək səviyyəli tədbirdə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

BMT-də islahatlara ehtiyacın olduğunu deyən Donald Tramp qurumun baş katibi Antonio Quterreşin bu istiqamətdə səylərini yüksək qiymətləndirib. D.Tramp vurğulayıb ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir.

BMT-nin Baş katibi Antonio Quterreş dünyada çoxlu sayda insanların münaqişələrdən, aclıqdan əziyyət çəkdiklərini bildirib. “Bu insanların yardımımıza ehtiyacı var. Biz qurumda ciddi islahatlar həyata keçirməli, işimizi daha səmərəli icra etməliyik. Biz qlobal təşkilatıq və insanların bizə olan etimadını doğrultmalıyıq”, - deyə A.Quterreş vurğulayıb.

Son xəbərlər

Orphus sistemi