Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.
"Report" xəbər verir ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycana gəlməsindən və VII Qlobal Bakı Forumunda iştirak etməsindən məmnunluq hissi keçirdiyini bildirib. O, bu tədbirin beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini deyib. Əbdüləziz Osman əl-Tuveycri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və müdrik siyasəti ilə Azərbaycan uğurla inkişaf edir, çiçəklənir və ölkəmizin təkcə regionda deyil, bütün dünyada mövqeləri gündən-günə möhkəmlənir.
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək Əbdüləziz Osman əl-Tuveycriyə VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirib. Dövlət başçısı VII Qlobal Bakı Forumunun qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrildiyini deyib. ISESCO ilə əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirib ki, bu təşkilatın Ermənistan-Azərbaycan
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
*** 14:33
Azərbaycan Respublikasının Prezidenti
"Report" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.