Bakıda Holokost və Xocalı qurbanlarının xatirəsi anılıb

Bakıda Holokost və Xocalı qurbanlarının xatirəsi anılıb Tədbir bir dəqiqəlik sükutla başlayıb
Xarici siyasət
27 Yanvar , 2015 12:46
Bakıda Holokost və Xocalı qurbanlarının xatirəsi anılıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Holokost qurbanlarının Anım Gününə həsr olunan dəyirmi masa keçirilib.

“Report”un məlumatına görə, tədbir Holokost və Xocalı qurbanlarının xatirəsini yad edilməsi üçün bir dəqiqəlik sükutla başlayıb.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Asif Hacıyev bildirib ki, Holokost və Xocalı hadisələri tarixin ən ağır və milli mənsubiyyətinə görə törədilmiş qətllərdir. Rektor bildirib ki, bu hadisələrdən nəticə çıxartmaq lazımdır: “Ermənilər Azərbaycanda təkcə azərbaycanlıları deyil, ölkədə yaşayan digər xalqlarını, həmçinin yəhudilərini də öldürüblər”.

Ardınca danışan İsrailin Akko şəhərinin meri Şimon Lankri bildirib ki, Azərbaycana ilk dəfədir ki, səfər edir və burada azərbaycanlıların tolerantlığından heyrandır: “Multikulturalizm və tolerantlıq azərbaycanlıların həyat tərzidir. Belə mühitdə Holokost ola bilməz. Holokost faciəsini digər faciələr ilə müqayisə etmək olmaz. Lakin Xocalını da qeyd etməyə bilmərəm. Mənim üçün azərbaycanlıların Xocalı acısı mənim acımdır”.

Sonda çıxış edən millət vəkili Yevda Abramov bildirib ki, Holokost və Xocalı hadisələri faciəvi olsa da, eyni zamanda qürurludur: “Tarixdə heç nə səbəbsiz baş vermir. Holokost faşistlər tərəfindən törədilib. Xocalı hadisəsi isə faşist pərdəsi arxasında gizlədilən iyrənc siyasətin nəticəsidir. Təəssüf ki, bu gün Xocalı faciəsi Holokost kimi tanınmır. Ermənilər öz arxivlərini saxta sənədlərlə doldurub Birinci Dünya Müharibəsinin hadisələrini soyqırım kimi təqdim etməyə çalışırlar. Lakin biz müasir tarixdə baş verən hadisələri unutmamalıyıq”.

Daha sonra dəyirmi masa çərçivəsində müzakirələr keçirilib.

Son xəbərlər

Orphus sistemi