Yuxarı

Hindistan əczaçılıq sahəsində Azərbaycanla müştərək müəssisələrin yaradılmasında maraqlıdır

Hindistan əczaçılıq sahəsində Azərbaycanla müştərək müəssisələrin yaradılmasında maraqlıdır
© Report

Bakı. 22 dekabr. REPORT.AZ/ Hindistan əczaçılıq sahəsində Azərbaycanla müştərək müəssisələrin yaradılmasında maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana mətbuat konfransında bildirib.

Səfir əczaçılıq sahəsində əməkdaşlığın Hindistan və Azərbaycan arasında prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Onun sözlərinə görə, Hindistan şirkətləri əlverişli qiymətə yüksək keyfiyyətli dərmanlar istehsal edir və onlar standartlara uyğundur. Bu dərmanlar Avropa və Amerikaya tədarük edilir, eləcə də Azərbaycanda onlara tələbat var.

"Əczaçılıq sahəsindəki yeni qaydalara əsasən, şirkətlərimiz qeydiyyat üçün müraciət edib. Bu proses başa çatdıqdan sonra Azərbaycana ucuz qiymətlərə yüksək keyfiyyətli məhsullar çatdırılacaq. Biz həmçinin bu sahədə müştərək müəssisələrin yaradılmasında maraqlıyıq", - səfir deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi