Yuxarı

Hikmət Hacıyev Britaniyada erməni nümayəndəsinin təxribatçı sualına cavab verib

Hikmət Hacıyev Böyük Britaniyada Azərbaycanın xarici siyasət prioritet

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Royal Beynəlxalq Münasibətlər İnstitutu - "Chatham House" mərkəzində Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda çıxış edib.

"Report" xəbər verir ki, tədbirdə Qafqaz üzrə ekspertlərdən olan Tomas de Vall və digərləri iştirak ediblər.

H.Hacıyev Azərbaycanın xarici siyasətinin təməl prinsipləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regionda aparıcı rolu, inkişafı və həyata keçirdiyi mühüm layihələr barədə danışıb. 

O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regional liderliyi və uğurlu inkişafı, ölkədə aparılan köklü islahatlar barədə məlumat verib.

H.Hacıyev Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğal olunmuş ərazilərdə qeyri qanuni fəaliyyətləri, təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə ətraflı danışıb. 

İki saata qədər davam edən müzakirələrdə PA rəsmisi auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə iştirak edən erməni nümayəndəsinin də təxribatçı sualları cavablandırılıb.

Qeyd edək ki, "Chatham House" beynəlxalq münasibətlər sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. Beynəlxalq ictimai siyasi fikrə ciddi təsiri var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi