Hikmət Hacıyev: "Azərbaycan və Rusiya informasiya sahəsində geniş əlaqələr qurur"

Hikmət Hacıyev: "Azərbaycan və Rusiya informasiya sahəsində geniş əlaqələr qurur" Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan və Rusiya arasında informasiya sahəsində əməkdaşlıq üzrə birgə fəaliyyət planı var.
Xarici siyasət
27 İyul , 2018 13:16
Hikmət Hacıyev: Azərbaycan və Rusiya informasiya sahəsində geniş əlaqələr qurur
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ "Azərbaycan və Rusiya arasında informasiya sahəsində əməkdaşlıq üzrə birgə fəaliyyət planı var".

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, rusiyalı həmkarı Mariya Zaxarova ilə görüşdə belə əlaqələrin genişləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər.

"KİV ilə qarşılıqlı əlaqə, sosial şəbəkələr, eləcə də rəqəmsal diplomatiya sahəsindəki əməkdaşlığı müzakirə etdik. Görüşlərimiz artıq intensiv xarakter daşıyır və belə konstruktiv səviyyədə əməkdaşlığımızı davam etdirmək üçün hər cür səy göstərəcəyimizlə bağlı razılığa gəldik", - H.Hacıyev bildirib.

Son xəbərlər

Orphus sistemi