Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda kimsəsiz uşaqlar evində humanitar tədbir keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda kimsəsiz uşaqlar evində humanitar tədbir keçirilib Pakistanın gömrük və vergi naziri Heydər Əliyev Fonduna Pakistanda həyata keçirilən xeyriyyə tədbirlərə görə təşəkkür edib
Xarici siyasət
30 Noyabr , 2015 14:09
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda kimsəsiz uşaqlar evində humanitar tədbir keçirilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın Pəncab əyalətinin Lahor şəhərində “Edhi Homes” kimsəsiz uşaqlar evində humanitar tədbir keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə ölkənin gömrük və vergi naziri Muctaba Şuca-ur-Rehman, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhməmməd Asif Nur və digərləri iştirak ediblər.

Lahor şəhərində təşkil olunan tədbirdə çıxış edən səfir Daşqın Şikarov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Pakistan arasında münasibətlərin ən yüksək səviyyədə olmasından danışıb. O bildirib ki, Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən səhiyyə, təhsil, silsilə humanitar yardımlar proqramı icra edilir, Azərbaycanın birinci xanımının, xüsusilə, kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərir.

Pakistanın gömrük və vergi naziri Muctaba Şuca-ur-Rehman kimsəsiz uşaqlara Azərbaycan-Pakistan əlaqələrinin tarixi əsaslarından, Azərbaycanın Pakistan xalqına xüsusi sevgisindən bəhs edib, kimsəsiz uşaqlara Azərbaycanı gələcəkdə tədrislərində daha yaxından öyrənilməsini və sevilməsini söyləyib. Nazir Heydər Əliyev Fonduna Pakistanda həyata keçirilən xeyriyyə tədbirlərə görə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi