Həsən Ruhani: İran terrorizmə qarşı mübarizədə Azərbaycanla birgə səylərin artırılmasında maraqlıdır

Həsən Ruhani: İran terrorizmə qarşı mübarizədə Azərbaycanla birgə səylərin artırılmasında maraqlıdır "Terrorizm regionda sülhə və sabitliyə ciddi təhdid yaradır"
Xarici siyasət
10 Sentyabr , 2017 19:03
Həsən Ruhani: İran terrorizmə qarşı mübarizədə Azərbaycanla birgə səylərin artırılmasında maraqlıdır
Həsən Ruhani

Bakı. 10 sentyabr. REPORT.AZ/ İran beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan ilə birgə səylərin artırılmasında maraqlıdır.

"Report" xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Astanada azərbaycanlı həmkarı İlham Əliyev ilə keçirdiyi görüş zamanı bildirib.

"Terrorizm regionda sülhə və sabitliyə ciddi təhdid yaradır. Bu baxımdan İran beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan ilə birgə səylərin artırılmasında maraqlıdır", - deyə o bildirib.

Prezident İlham Əliyev öz növbəsində terrorizmin region üçün yaratdığı təhlükəyə toxunaraq deyib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizəni vacib sayır və bu sahədə birgə əməkdaşlıq etməyə böyük önəm verir.

Son xəbərlər

Orphus sistemi