Yuxarı

Robert Sekuta: "Həmsədrlərin bəyanatı Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyini əks etdirir"

"ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyindən xəbər verir".

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib.

“Bu bəyanat çox şey ifadə edir. Məncə, bu uzanmış münaqişənin həllində irəliləyişə nail olmaq istəyini əks etdirir. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəflərin bu münaqişəni həll etməyin yolunu tapmaları üçün işləməyə davam edir”, - deyə o qeyd edib. 

Diplomat ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberqerə uğurlar arzuladığını ifadə edib.

Martın 12-də Prezident İlham Əliyev ABŞ-ın yeni səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edib. Onun sələfi Robert Sekutanın diplomatik missiyası ötən ilin mart ayında başa çatmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi