Yuxarı

Gürcüstanın XİN başçısı: "Baş nazirin ilk səfərini Azərbaycana etməsi böyük əhəmiyyət kəsb edir" - ƏLAVƏ OLUNUB

Gürcüstanın XİN başçısı: "Baş nazirin ilk səfərini Azərbaycana etməsi böyük əhəmiyyət kəsb edir" - ƏLAVƏ OLUNUB

"Gürcüstan baş naziri Giorgi Qaxarianın ilk səfərini qonşu və strateji tərəfdaş olan Azərbaycana etməsi böyük əhəmiyyət kəsb edir".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, bu səfər həmçinin beynəlxalq əhəmiyyət daşıyıb: "Bu səfər göstərir ki, Gürcüstan əsas strateji tərəfdaşla münasibətlərin gücləndirilməsinə necə böyük önəm verir. Səfər çərçivəsində ikitərəfli münasibətlər müzakirə olunub və regiondakı vəziyyət, geosiyasi əhəmiyyət kəsb edən, olduqca uğurlu nəqliyyat və infrastruktur layihələri də nəzərdən keçirilib".

***

O deyib ki, Gürcüstanın baş naziri ötən gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə məbəd kompleksi ilə bağlı məsələni müzakirə edib: "İki ölkə arasında istənilən mübahisəli məsələnin strateji tərəfdaşlıq münasibətlərinə uyğun formada həll olunması çox vacibdir. Biz Azərbaycandan məsələ ilə bağlı əhəmiyyətli nəticə ilə qayıtmışıq. Əminəm ki, Gürcüstan və Azərbaycan tərəfi David Qareci ilə bağlı məsələni hər iki tərəf üçün məqbul olan formada həll edə biləcək". 

XİN başçısı Keşikçi dağla bağlı məsələnin olduqca həssas olduğunu qeyd edib. O, ictimaiyyəti məsələ ilə bağlı hər bir söz, ifadə və addıma xüsusi diqqət və ehtiyatla yanaşmağa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi