Gürcüstanın vitse-spikeri Azərbaycanla dostluq qrupuna rəhbər təyin olunub

Gürcüstanın vitse-spikeri Azərbaycanla dostluq qrupuna rəhbər təyin olunub Gürcüstan parlamentinin vitse-spikeri Kaxaber Kuçava Azərbaycanla dostluq qrupuna yeni rəhbər təyin olunub.
Xarici siyasət
20 Dekabr , 2019 18:54
Gürcüstanın vitse-spikeri Azərbaycanla dostluq qrupuna rəhbər təyin olunub

Gürcüstan parlamentinin vitse-spikeri Kaxaber Kuçava Azərbaycanla dostluq qrupuna yeni rəhbər təyin olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qərar qanunverici orqanın bugünkü plenar iclasında qəbul edilib.

Bu ilin noyabrında parlament sədrinin müavini təyin olunan K.Kuçava 2017-ci ildən dostluq qrupunun üzvüdür.

Qrupda Gürcüstan parlamentinin 62 deputatı təmsil olunur.

Qeyd edək ki, Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, keçmiş vitse-spiker Zviad Dzidziquri olub. O, noyabrın 14-də proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanunun parlamentdə dəstəklənməməsindən sonra qanunverici orqanda tutduğu bütün vəzifələri tərk edib.

Z.Dzidziquri 2016-cı ilin noyabrından parlamentin sədr müavini, 2017-ci ilin martından isə Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olub.

Son xəbərlər

Orphus sistemi