Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi keçirilib

Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi keçirilib Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycana rəsmi səfərə gələn Gürcüstanın Prezidenti Salome Zurabişvilinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.
Xarici siyasət
27 Fevral , 2019 11:10
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycana rəsmi səfərə gələn Gürcüstanın Prezidenti Salome Zurabişvilinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. 

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Salome Zurabişviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Salome Zurabişvilinin qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi