Gürcüstanın parlament komitəsində Keşikçidağla bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur

Gürcüstanın parlament komitəsində Keşikçidağla bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitəsində Azərbaycanla sərhəddə yerləşən Keşikçi dağı Məbəd-Kompleksi ilə bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur.
Xarici siyasət
22 İyul , 2019 17:15
Gürcüstanın parlament komitəsində Keşikçidağla bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur

Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitəsində Azərbaycanla sərhəddə yerləşən Keşikçi dağı Məbəd-Kompleksi ilə bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı parlament üzvləri, Ədalət Naminə Partiyasının lideləri - Eka BeseliaZviad Kvaçantiradze komitəyə yazılı müraciət təqdim ediblər.

Müraciətdə qeyd olunub ki, yüksək dövlət və ictimai marağı nəzərə alaraq, məsələ ilə bağlı parlamentin müvafiq komitələrinin nəzarət funksiyalarını prosesə cəlb etmək lazımdır.

Deputatlar ümid edir ki, yaxın günlərdə komitə Sərhəd komissiyası üzvlərinin iştirakı ilə qapalı dinləmələr təşkil edəcək və Keşikçi dağı Məbəd-Kompleksi ətrafındakı vəziyyət, danışıqların nəticələri və gələcək fəaliyyət barədə məlumatlar parlament üzvlərinə təqdim olunacaq.  

Son xəbərlər

Orphus sistemi