Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başlayıb

Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başlayıb Bakı. 30 avqust. REPORT.AZ/ Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana səfəri başlayıb.
Xarici siyasət
30 Avqust , 2018 11:48
Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başlayıb
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana səfəri başlayıb.

“Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın hökumət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

M.Baxtadzeni hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Gürcüstanın hökumət başçısı səfər çərçivəsində Azərbaycanın baş naziri Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə iki ölkə arasında nəqliyyat, energetika, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf prespektivləri müzakirə olunacaq. Tərəflər həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da nəzərdən keçirəcəklər. Görüşlərdə iqtisadiyyat sahəsində əməkdaşlığın artan potensialına xüsusi diqqət ayırılacaq.

Qeyd edək ki, bu, M.Baxtadzenin Gürcüstanın baş naziri kimi Azərbaycana ilk səfəridir.

Son xəbərlər

Orphus sistemi