Gürcüstanın baş naziri Türkiyənin XİN başçısı ilə BTQ-nı müzakirə edib

Gürcüstanın baş naziri Türkiyənin XİN başçısı ilə BTQ-nı müzakirə edib Gürcüstanın baş naziri Giorgi Qaxaria Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Xarici siyasət
23 Dekabr , 2019 12:21
Gürcüstanın baş naziri Türkiyənin XİN başçısı ilə BTQ-nı müzakirə edib

Gürcüstanın baş naziri Giorgi Qaxaria Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub.

G.Qaxaria Gürcüstanın Türkiyə ilə münasibətlərə böyük önəm verdiyini bildirib. O, Gürcüstanın bu münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib.

Tərəflər Cənub Qaz Dəhlizi, TANAP və Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti barədə də müzakirə aparıblar.

Son xəbərlər

Orphus sistemi