Yuxarı

Gürcüstanın Bakı Parlament Platformasında təmsil olunmamasının səbəbi açıqlanıb

Gürcüstanın Bakı Parlament Platformasında təmsil olunmamasının səbəbi açıqlanıb

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, yeni təsis olunan Bakı Parlament Platformasının koordinatoru Azay Quliyev Gürcüstanın bu qurumda təmsil olunmamasının səbəbini açıqlayıb.

"Report"un xəbərinə görə, A.Quliyev deyib ki, təsisçilərlə bağlı Platformanın Təşkilat Komitəsinin bu barədə qərarı var: "İstəməzdim ki, bu barədə detalları açıqlayaq. Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının yaradılması zamanı bütün detalları, nüansları nəzərə aldıq. Bakı Parlament Platformasının Təşkilat Komitəsi olaraq qərara gəldik ki, hələlik təşkilatın qurucularının üç ölkə olması kifayətdir. Burada geosiyasi və regional məsələ nəzərə alındı. Amma heç şübhəsiz ki, Gürcüstan bizə tərəfdaş və dost ölkədir. Yenə də şübhə etmirəm ki, Gürcüstan yaxın aylarda bu Platformaya qoşulacaq. Gürcüstanın quruma qoşulması ilə bağlı heç bir problemimiz yoxdur. Çox böyük maraqla Gürcüstanın bu Platformaya qoşulmasını gözləyirik ".

Qeyd edək ki, bu gün Bakıda ATƏT-in Parlament Assambleyasının dəstəyi ilə Azərbaycan, Türkiyə və Almaniya parlamentarilərinin iştirakı ilə Bakı Parlament Platforması yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi