Gürcüstan XİN-də GUAM-ın baş katibi ilə görüş keçirilib

Gürcüstan XİN-də GUAM-ın baş katibi ilə görüş keçirilib Gürcüstanın xarici işlər nazirinin birinci müavini Vaxtanq Maxaroblişvili GUAM təşkilatının baş katibi Altay Əfəndiyevlə görüş keçirib.
Xarici siyasət
21 Oktyabr , 2019 14:43
Gürcüstan XİN-də GUAM-ın baş katibi ilə görüş keçirilib

Gürcüstanın xarici işlər nazirinin birinci müavini Vaxtanq Maxaroblişvili GUAM təşkilatının baş katibi Altay Əfəndiyevlə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə GUAM çərçivəsində siyasi, sektoral və parlamentlərarası əməkdaşlıq daxil olmaqla təşkilatın gündəliyində olan əsas məsələr müzakirə olunub.

Tərəflər təşkilatın nəqliyyat və ticari-iqtisadi potensialının artırılması məqsədilə layihə və təşəbbüslərin reallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin Ukraynanın 2019-cu ildə GUAM-a sədrliyi dövründə planlaşdırılan tədbirlər də nəzərdən keçirilib. 

Son xəbərlər

Orphus sistemi