Yuxarı

Gürcüstan XİN başçısının müavini: “Şərq tərəfdaşlığı” ölkələrində mövcud münaqişələr ümumi inkişafa mane olur”

​Gürcüstan XİN başçısının müavini: “Şərq tərəfdaşlığı” ölkələrində möv

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrdə mövcud münaqişələr ümumi inkişafa mane olur”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

O deyib ki, “Şərq tərəfdaşlığı” təşəbbüsü çox önəmlidir: “Proqram iştirakçı ölkələrə əlavə imkanlar verir. Əlbəttə ki, münaqişələr olmasaydı, tərəfdaş ölkələrdə daha çox proqram və layihələr həyata keçirilə bilərdi”.

L.Darsalia qeyd edib ki, Azərbaycan və Gürcüstan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində sıx əməkdaşlıq edir: “Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də çoxtərəfli formatda çox intensiv əməkdaşlıq edir. İstənilən çoxtərəfli format iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün əlavə imkandır”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi