Yuxarı

Gürcüstan XİN: “Azərbaycanla növbəti görüşün tarixinin müəyyənləşdirilməsi üçün intensiv kommunikasiya aparılır”

Gürcüstan XİN: “Azərbaycanla növbəti görüşün tarixinin müəyyənləşdirilməsi üçün intensiv kommunikasiya aparılır”

Sərhəd məsələsi ilə bağlı növbəti görüşün tarixinin müəyyən olunması üçün Azərbaycan tərəfi ilə intensiv kommunikasiya aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən “Interpressnews” agentliyinə bildirilib.

XİN-dən bildirilib ki, Azərbaycan tərəfinin Keşikçi Dağı Məbəd-Kompleksi ərazisində cığırı möhkəmləndirməsi ilə bağlı mətbuat və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Nazirlik aparılan təmir işlərinin Azərbaycanın nəzarəti altında olan ərazidə həyata keçirildiyini qeyd edib.

XİN vətəndaşları sərhədlə bağlı danışıqlar prosesinə zərər vuracaq yoxlanılmamış və əsassız informasiyalar yaymaqdan çəkinməyə çağırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi