Yuxarı

Gürcüstan XİN Azərbaycan tərəfi ilə keçirilən görüş barədə bəyanat yayıb

Gürcüstan XİN Azərbaycan tərəfi ilə keçirilən görüş barədə bəyanat yayıb

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhədin müəyyən olunması məsələsi üzrə bu gün Bakıda keçirilən görüşlə bağlı bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənəddə işçi görüşdə Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri - Laşa DarsaliaXələf Xələfovun iştirak etdikləri bildirilib.

Bəyanatda qeyd olunub ki, tərəflər dövlət sərhədinin delimitasiyası məsələsini və gələcək addımları müzakirə ediblər.

Görüşdə bildirilib ki, dövlət sərhədinin, təxminən, 2/3 hissəsi müvafiq komissiyalar tərəfindən razılaşdırılıb, mübahisəli hissələrlə bağlı mövqelərin razılaşdırılması ilə bağlı fəal danışıqların yenilənməsinin vacibliyi vurğulanıb.

Delimitasiya və demarkasiya komissiyasının rəsmi iclasının gələn həftə keçirilməsi barədə qərar qəbul olunub.

Tərəflər məsələ ilə bağlı istənilən təxribatların qəbulolunmaz olduğunu bildirərək delimitasiya prosesində strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin rəhbər tutulacağı barədə razılığa gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi